AZ

İraqda ABŞ qırıcısını bu ölkə vurubmuş...

İraqın cənubundakı Bəsrə şəhərində qəzaya uğrayan Amerika F-15 qırıcı təyyarəsi İran Silahlı Qüvvələri tərəfindən vurulub.

Publika.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası IRIB məlumat yayıb .

"İranın hava hücumundan müdafiə sistemləri Bəsrə üzərində F-15 qırıcı təyyarəsini vurub", - deyə məlumatda bildirilir.

Hadisədən sonra İraq polisinin Bəsrə əyalətində qəzaya uğrayan təyyarənin amerikalı pilotu üçün axtarış başlatdığı bildirilib.

Seçilən
8
publika.az

1Mənbələr