"Barselona"nın əfsanəvi veteran oyunçularından olan Andres İnyesta karyerasını milli komandada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, o, Mərakeş milli komandasının idman direktoru təyin edilib.
Təyinatı Mərakeş Kral Futbol Federasiyasının mətbuat xidməti yayıb. Bu keçid yaxınlarda Mərakeş millisinin baş məşqçi vəzifəsinə daha bir "Barselona" əfsanəsinin - Xavi Ernandesin dəvət olunacağı ilə bağlı ehtimalı gücləndirib.
İnyesta 2024-cü ildə futboldan ayrılıb.
Mərakeşlilər mart ayının sonunda Ekvador və Paraqvayla yoldaşlıq oyunları keçirəcəklər. Qarşıdan gələn DÇ-2026-da "Atlas Lions" Braziliya, Şotlandiya və Haiti ilə bir qrupda mübarizə aparacaq.