AZ

İtaliya Ukraynanın bərpasında lider rol oynamaq İSTƏYİR

İtaliyanın baş naziri Giorgia Meloni ölkəsinin gələcəkdə Ukraynanın bərpasında aparıcı rol oynamağa hazır olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə İtaliya hökumətinin yaydığı rəsmi açıqlamada qeyd olunub.

Məlumata görə, Meloni Ukrayna prezidenti Volodymyr Zelenskyy ilə telefon danışığı zamanı Ukraynanın müharibədən sonrakı bərpası və sülh danışıqlarının gedişini müzakirə edib. Tərəflər həmçinin Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda atılmalı addımlar barədə fikir mübadiləsi aparıblar.

İtaliya baş nazirinin ofisi vurğulayıb ki, Avropa və ABŞ tərəfdaşları Avropanın sülh prosesinə verdiyi töhfəni tanımalıdır. Bildirilib ki, bu prosesin nəticələri Avropanın əsas maraqlarına birbaşa təsir göstərir və qitənin sabitliyi ilə təhlükəsizliyi üçün həlledici əhəmiyyət daşıyır.

Ukraynanın baş naziri Denys Shmyhal isə bildirib ki, ölkə 2014-cü ildən bəri 40 giqavatdan çox elektrik enerjisi istehsal gücünü itirib. Onun sözlərinə görə, 2014-cü ilin əvvəlində Ukraynanın ümumi generasiya gücü 54,5 giqavat təşkil edirdi. 2022-ci ilin əvvəlində bu göstərici 32 giqavata düşüb, hazırda isə ölkədə 10 giqavatdan az generasiya gücü qalıb.

Nuriyyə NATİQQIZI

Seçilən
89
1
redaktor.az

2Mənbələr