AZ

“Azneftmaşservis” səhmdarlarına dividend ödəyəcək

1 may 2026-cı il saat 9.00-da “Azneftmaşservis” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. ASC-nin idarəetmə orqanlarının 2025-ci ilə aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı. Dividendlərin bölüşdürülməsi. 2. İllik hesabatların təsdiq edilməsi. 3. Təşkilati məsələ. ASC-nin idarəetmə orqanlarının seçilməsi. 4. Digər məsələlər.

Ümumi yığıncağın gündəliyindəki məsələlərə aid materiallarla tanışlıq üçün iş günlərində ASC-nin rəhbərliyinə müraciət etmək olar.

Xatırladaq ki, “Azneftmaşservis” ASC 2002-ci ildə yaradılıb, nizamnamə kapitalı 237 808 manatdır və qanuni təmsilçisi Nizami Quliyevdir.

Seçilən
123
banker.az

1Mənbələr