AZ

Depressiyadan qurtulmağın ən effektiv yolu – BAĞBANLIQ

Alimlər sübut etdi: Bağbanlıq depressiyadan qurtulmağın ən effektiv yoludur

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər elm adamlarının araşdırmasına istinadən məlumat yayıb.

Aparılan son tədqiqatlar göstərir ki, bağbanlıq və bitkilərlə məşğul olmaq psixi sağlamlığı bərpa etmək və heç bir dərman preparatı qəbul etmədən depressiyadan qurtulmaq üçün ən yaxşı vasitədir.

Alimlər bu məşğuliyyətin insan beyninə və emosional vəziyyətinə birbaşa müsbət təsir göstərdiyini müəyyən ediblər.

Tədqiqatın nəticələrinə görə, bağda işləmək beyni dərhal cari işə kökləyir. Şitillərə qulluq edərkən və ya alaq otlarını təmizləyərkən insan mənfi düşüncələrdən uzaqlaşır.

Xüsusilə ağır emosional tükənmə yaşayanlar üçün yetişdirdikləri hər bir yarpaq və ya meyvə mənəvi rahatlıq gətirir.

Bu proses beyində dopamin səviyyəsini sosial şəbəkələrdəki qısa videolar və ya şirniyyatlardan daha effektiv şəkildə tənzimləyir. Üstəlik, fiziki aktivlik arıqlamağa da kömək edir.

Mütəxəssislər bildirir ki, həftədə cəmi 2-3 saat torpaqla vaxt keçirmək kifayətdir.

Torpaqdakı xüsusi bakteriyalar bədəndə “xoşbəxtlik hormonu” sayılan serotoninin ifrazını sürətləndirir, torpaqla birbaşa təmas isə stress hormonu olan kortizolu aşağı salaraq təşviş və narahatlığı aradan qaldırır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
25
interpress.az

1Mənbələr