Qara dənizdə 4 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Zəlzələnin ocağının dərinliyi 9,22 kilometr olaraq qeydə alınıb.
Tələfat və ya dağıntı baş verməyib.