AZ

Yol nişanına məhəl qoymayan sürücü ağır qəza törətdi VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Bakıda baş verən yol nəqliyyat hadisəsinin videosu anbaan kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Rüstəm Rüstəmov və Kamil Balakişiyev küçələrinin kəsişməsində baş verib. Belə ki, Kamil Balakişiyev küçəsilə hərəkət edən "Chevrolet" markalı avtomobilin sürücüsü yol ver nişanının tələbinə əməl etmədən yolayrıcına daxil olub. Bu zaman Rüstəm Rüstəmov küçəsilə hərəkət edən "Mercedes" markalı avtomobillə toqquşaraq ağır qəzaya səbəb olub.

Qəza nəticəsində idarəetmədən çıxan sürücü bulvar tipli ayırıcı zolağa çıxaraq yol nişanını yararsız hala salıb.

Sözügedən videonu təqdim edirik.

Fərid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
73
avtosfer.az

1Mənbələr