AZ

"Vaşinqton bu hərbi kampaniyanı “lazım olduğu qədər” davam etdirə bilər"

ABŞ-nin hərbi naziri Pit Heqset İrana qarşı istifadə edilən atəş gücünün tezliklə əhəmiyyətli dərəcədə genişləndiriləcəyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

O, bu açıqlamanı ABŞ Mərkəzi Komandanlığının saytında yayımlanan mətbuat konfransında verib. Heqset bildirib ki, ABŞ-nin sursat çatışmazlığı yoxdur və Vaşinqton bu hərbi kampaniyanı “lazım olduğu qədər” davam etdirə bilər.

Nazir əlavə edib ki, ABŞ bölgəyə yeni qüvvələr yerləşdirir və İrana qarşı zərbələrin sayı getdikcə artırılacaq. Onun sözlərinə görə, İsrailin də bu istiqamətdə əhəmiyyətli imkanları var.

Heqset həmçinin vurğulayıb ki, hərbi əməliyyatların vaxtı “tamamilə və yalnız ABŞ-nin nəzarətindədir” və kampaniya Vaşinqton öz məqsədlərinə çatana qədər davam edəcək.

Aminə ŞAHSUVARQIZI

Seçilən
96
1
redaktor.az

2Mənbələr