AZ

Tramp: ABŞ İran üçün yaxşı bir lider istəyir ki, 10 il ərzində hər şeyi bərpa edə bilsin

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp NBC News-a müsahibə verib.

Gununsesi.info-nun məlumatına görə, Tramp verdiyi müsahibədə bildirib ki , ABŞ İranın hazırkı rəhbərliyini devirmək istəyir. O istəyir ki, ölkədə “yaxşı liderlik” olsun.

“Biz gəlib hər şeyi təmizləmək istəyirik. Hər şeyi yenidən qurmaq üçün 10 il sərf edəcək birinə ehtiyacımız yoxdur. Onların yaxşı rəhbərliyinin olmasını istəyirik. Düşünürəm ki, yaxşı iş görə biləcək bir neçə nəfərimiz var”, – deyə o, konkret bir şəxsin adını çəkməkdən imtina etdi.

Tramp həmçinin ABŞ-nin Amerika və İsrail qoşunlarının İrana qurudan hücum etməyə hazır olması ilə bağlı açıqlamalarına da münasibət bildirib.

O, bu cür söhbətlərin “vaxt itkisi” olduğunu və hələlik belə bir planın olmadığını söylədi.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
81
icma.az

1Mənbələr