Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Ümumiyyətlə, burada hansısa bir əməliyyatdan söhbət getmir. Sadəcə, ölkəmizin suverenliyinə təhlükə olduğuna görə, qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətləri icra edərək ölkə prezidenti bu istiqamətdə bütün qurum və quruluşlara əmr vermişdir ki, bir nömrəli hazırlıq vəziyyətində olsunlar”.
Bu sözləri Gununsesi.info-ya Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O, həmçinin əlavə edib:
“Bu, birbaşa hansısa əməliyyat mənasına gəlmir. Amma zərurət olarsa, əməliyyat da istisna olunmur. Bütövlükdə bu, həm də bir iradə nümayişidir. Hesab edirəm ki, hansısa addımların atılıb-atılmaması barədə konkret stiuasiyadan asılı olaraq qərar veriləcəkdir”.
Qeyd edək ki, dünən Naxçıvan Beynəlxalq Hava Limanı İran tərəfindən dron zərbəsinə məruz qalıb.
Məlumata görə, hava limanına 3 dron zərbəsi olub.
Sosial şəbəkələrdə yayılan fotolarda hava limanı terminalının daxilində dağıntıların olduğu, tavan konstruksiyalarının və şüşələrin zədələndiyi görünür.
Eyni zamanda baş verən hadisədən sonra Bakıdan Naxçıvana uçuş ləğv edilib.
Məsələ ilə bağlı ölkə prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirib.
İclas zamanı İlham Əliyev bildirib ki, bu, İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktıdır.
Azərbaycan Prezidenti İlham Əliyev İranın Naxçıvana dron hücumu ilə bağlı keçirdiyi Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Silahlı Qüvvələrimiz – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib. Dövlət başçısı vurğulayıb ki, ordumuz istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar.
Orxan
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.