AZ

"İran ABŞ-nin mümkün quru işğalına hazırdır" -Abbas Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran Amerika qoşunlarının mümkün quru hücumuna hazırdır.

Redaktor.az xəbər verir ki, o, bu açıqlamanı "NBC News"a verdiyi müsahibədə səsləndirib.

Televiziya şərhçisi diplomatdan İranın Amerika qoşunlarının quru hücumundan qorxub-qorxmadığını soruşub.

“Xeyr, biz onları gözləyirik. Çünki onlara müqavimət göstərə biləcəyimizə əminik və bu, onlar üçün böyük bir fəlakət olardı”, – deyə Əraqçi cavab verib.

Nazir əlavə edib ki, ABŞ və İsrail qarşıya qoyduqları məqsədlərə çata bilməyiblər.

“Onlar bura rejim dəyişikliyi, tez bir qələbə, hər şeyi nəzarətdə saxlamaq üçün gəldilər, amma uğursuz oldular. Sistem işləyir, komandirlər dəyişdirilib və tezliklə yeni ali lider təyin olunacaq”, – deyə Əraqçi bildirib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
60
2
redaktor.az

3Mənbələr