AZ

İranda yaxşı lider ola biləcək namizədlərim var - Tramp

Bakı. Trend:

Yaxın Şərqdə eskalasiyaların davam etməsi fonunda ABŞ PrezidentiDonald Trump bildirib ki, İranın mövcud rəhbərlik strukturununtamamilə aradan qaldırılmasını görmək istəyir və “yaxşı lider” üçünartıq bəzi namizədləri nəzərində saxlayır.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

“Biz daxil olub hər şeyi təmizləmək istəyirik,” - deyə Tramp"NBC News"a bildirib.

“Biz istəyirik ki, onların yaxşı lideri olsun. Məncə bu işiyaxşı görə biləcək bəzi insanlar var,”- deyə o əlavə edib, lakinkonkret ad çəkməkdən imtina edib.

Tramp həmçinin bildirib ki, onun siyahısında olan şəxslərinmüharibədən sağ çıxmasını təmin etmək üçün müəyyən addımlaratır.

“Bəli, biz onları izləyirik,” — deyə o qeyd edib.

Trampın bu açıqlamaları onun şənbə günü "NBC News"a verdiyimüsahibədə səsləndirdiyi fikirlərin davamıdır. İranda növbətirəhbərin kim olacağı sualına cavab verən Tramp belə deyib:

“Bilmirəm, amma müəyyən bir məqamda onlar mənə zəng edib kiməüstünlük verdiyimi soruşacaqlar”.

Tramp həmçinin cümə axşamı İranın xarici işlər naziri AbbasƏraqçının “NBC Nightly News” proqramına verdiyi müsahibədəölkəsinin ABŞ və İsrail qüvvələrinin mümkün quru əməliyyatına hazırolduğunu deməsinə münasibət bildirib.

Tramp bu bəyanatı “boş sözlər” adlandırıb və hazırda quruəməliyyatının onun gündəmində olmadığını bildirib.

“Bu, vaxt itkisidir. Onlar hər şeylərini itiriblər.Donanmalarını itiriblər. İtirə biləcəkləri hər şeyi itiriblər,” —deyə o vurğulayıb və əlavə edib ki, zərbələrin tempi vəintensivliyi davam edəcək.

Məqalədə:
Seçilən
102
2
az.trend.az

3Mənbələr