“Rubicon” Qabaqcıl Pilotsuz Texnologiyalar Test Mərkəzinin yaradılması Rusiyanın PUA-ların istifadəsində üstünlük qazanmasına imkan verib.
Herbiand.az xəbəre verir ki, bu açıqlamanı Senatın Silahlı Qüvvələr Komitəsinin dinləməsində Pentaqonun dron tədarükü bölməsinə rəhbərlik edən ABŞ ordusunun general-mayoru Stiven Marks verib.
"Muxtar sistemlərlə bağlı münaqişədə həlledici üstünlük təkcə texnologiyanın mövcudluğundan deyil, həm də onların hədəflənmiş, sürətli və çevik istifadəsinə imkan verən strukturdan irəli gəlir".
Daha əvvəl Rusiya Müdafiə Nazirliyi “Rubicon” komasndasının köməyi ilə “Lancet” raketlərindən istifadə edərək Sumı bölgəsində Ukrayna Silahlı Qüvvələrinin Vampir YRS-ni məhv etdiyini bildirmişdi.