AZ

Kats İrana qarşı əməliyyatın detallarını açıqlayıb

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

İsrailin müdafiə naziri İsrael Kats İranın ali lideri Əli Xameneinin öldürülməsinə hazırlıq planları barədə danışıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Hələ noyabrda baş nazir (İsrailin baş naziri Binyamin Netanyahu - red.) Xamenei rejimini aradan qaldırmağı qarşıya məqsəd qoymuşdu. Həmin vaxt İsrail ordusu və "Mossad" ilə məsləhətləşmələrdən sonra son müddət bu ilin ortalarına təyin edildi. Bu nəticə əldə edilmiş məlumatlar və "Am Kalavi" əməliyyatının (İsrailin İrana qarşı 2025-ci ilin yayında həyata keçirdiyi əməliyyatı - red.) nəticələrinə əsaslanıb", - Kats deyib.

Onun sözlərinə görə, "Am Kalavi" əməliyyatı çərçivəsində İsrail qənaətbəxş nəticələr əldə edib, xüsusilə İranın nüvə və raket proqramını at-üst edib. "Lakin onların bu imkanları bərpa edə bilməyəcəklərinə əmin olmaq lazım idi", - Kats izah edib.

Nazir qeyd edib ki, İsrailin Baş naziri ilə ABŞ Prezidenti arasında danışıqlar və görüşlər də keçirilib.

"Əvvəlcə bir növ dialoq, daha sonra isə İranda iğtişaşlar başladı. Lakin etirazların təzyiqi altında rejimin İsrailə  və regiondakı ABŞ qüvvələrinə qabaqlayıcı zərbə endirə biləcəyi ilə bağlı ciddi narahatlıqlar da var idi. Onlar bizim izlədiyimiz və haqqında xəbərdar olduğumuz planlar hazırlamışdılar. Nəticədə aydın oldu ki, əməliyyatı sürətləndirmək lazımdır", - Kats sonda vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
2
azpolitika.info

3Mənbələr