Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
İran rejimi bölgədə gərginliyin artdığı dövrdə silahlı kürd qruplaşmalarına qarşı sərt xəbərdarlıq yayıb. Tehran rəsmiləri bu qrupların hər hansı təxribatçı addım atacağı təqdirdə ağır nəticələrlə üzləşəcəyini və tarixin arxivinə gömüləcəyini bəyan edib.Demokrat.az xəbər verir ki, son günlər ABŞ və İsrailin İrana qarşı bəzi silahlı kürd təşkilatlarından istifadə edə biləcəyi ilə bağlı xəbərlər yayılıb. Tehran rəhbərliyi isə qarşı tərəfə "ağıllı olun" çağırışı edərək təhlükəsizliyi pozmağa yönələn cəhdlərin qarşısının qətiyyətlə alınacağını bildirib. İran tərəfinin açıqlamasında yanlış addım atan qüvvələrin məhv ediləcəyi vurğulanıb.Məlumata görə İran ordusu artıq bir müddətdir ki, İraqın şimalında yerləşən kürd qruplaşmalarının bazalarını raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alır. Bölgədə yeni cəbhələrin açılma ehtimalı Tehranı sərhəd boyu təhlükəsizlik tədbirlərini gücləndirməyə vadar edib.İddialara görə İrana müxalif olan bəzi qruplar İraqın şimalında toplaşaraq birgə ittifaq qurmağa çalışır. Bu qruplaşmaların ölkə daxilində müəyyən əməliyyatlara hazırlaşdığı deyilsə də İran rəsmiləri bu cür fəaliyyətləri birbaşa milli təhlükəsizliyə təhdid kimi qiymətləndirir. Hazırda sərhəd bölgələrində hərbi hazırlıq səviyyəsinin artırıldığı bildirilir.İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.