AZ

Vəkillər Kollegiyasından bir vəkil xaric olunub, üçü cərimələnib

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Far.Az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Bildirilib ki, qəbul edilmiş qərarlara əsasən, yol verilmiş intizam pozuntularına görə bir vəkil kollegiyadan xaric edilib, üç vəkil barəsində cərimə tədbiri tətbiq olunub və bir vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etməsi tapşırılıb.

Sonda kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.

Seçilən
80
far.az

1Mənbələr