AZ

“Tottenhem”in ardıcıl 5-ci məğlubiyyəti

İngiltərə Premyer Liqasında 29-cu turun oyunları davam edir.

Msport.az xəbər verir ki, “Tottenhem” öz meydanında “Kristal Palas”la qarşılaşıb.

Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, uğursuz mövsüm keçirən “Tottenhem”in ardıcıl 5-ci məğlubiyyətidir. Komanda 11 turdur ki, qalib gələ bilmir. London təmsilçisi sonuncu qələbəsini ötən il dekabrın 28-də – 18-ci turda “Kirstal Palas” üzərində əldə edib – 1:0.

Qeyd edək ki, İqor Tudorun komandası hazırda 29 xalla turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. “Düşmə zonası”nda ən yüksək pillədə – 18-ci yerdə olan “Vest Hem”in isə 28 xalı var.

Seçilən
107
2
msport.az

3Mənbələr