AZ

KamAZ sərnişin avtobusuna ÇIRPILDI: Xəsarət alanlar var - VİDEO

Ajans.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq 114 saylı müntəzəm marşrut xətti üzrə xidmət göstərən "Xaliq Faiqoğlu" şirkətindən məlumat verilib. Qeyd olunub ki, sürücü B.Yusibovun idarə etdiyi "Daewoo" markalı avtobus dayanacaqda olarkən yük maşını idarəetmədən çıxaraq avtobusa çırpılıb. "Nəticədə avtobusa xeyli zərər dəyib, həmçinin bir neçə sərnişin xəsarət alıb. Hadisə ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb və müvafiq araşdırmalar aparılır", - deyə məlumatda bildirilir. Bakı-Şamaxı yolunda sərnişin avtobusu qəzaya uğrayıb.

Ajans.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayılıb.

Seçilən
104
Ajans.az

1Mənbələr