“Barselona”nın sabiq futbolçusu Andres İnyesta Mərakeş millisində yeni vəzifəyə təyin olunub.
İdmanxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Mərakeş Futbol Federasiyasında idman direktoru postunu tutacaq.
Mərakeş millisinin baş məşqçi vəzifəsinə isə “Barselona”nın sabiq çalışdırıcısı Xavi Hernandesin dəvət oluna biləcəyi barədə xəbərlər yayılıb.