AZ

Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərə ağır cəza verildi

Bakı. Trend:

Dövlətə xəyanət etməkdə təqsirləndirilən İlkin Qənbərov, VüsalAğayev, Tural Alıyev, Məmməd Şərifovun barəsində DövlətTəhlükəsizliyi Xidmətində (DTX) cinayət işi üzrə yekun məhkəməprosesi keçirilib.

Trend xəbərverir ki, məhkəmə prosesi Bakı Hərbi Məhkəməsində baş tutub.

Hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökmoxunub.

Hökmə əsasən, İlkin Qənbərov, Vüsal Ağayev 18 il, Tural Alıyevvə Məmməd Şərifov 17 il 6 ay müddətinə azadlıqdan məhrumediliblər.

Xatırladaq ki, xarici xüsusi xidmət orqanının nümayəndələrinəkömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittihamolunan İlkin Qənbərov və Vüsal Ağayev DTX tərəfindən saxlanılaraqistintaqa cəlb olunublar. DTX tərəfindən davam etdirilən tədbirlərzamanı Tural Alıyev İordaniya, Məmməd Şərifov isə Türkiyəərazisində ələ keçirilərək Azərbaycana gətirilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 274-cü(dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Seçilən
124
30
az.trend.az

10Mənbələr