
Birləşmiş Ərəb Əmirlikləri ( BƏƏ ) İranın aktivlərini dondurmağı nəzərdən keçirir.Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat dərc edib."Birləşmiş Ərəb Əmirlikləri Körfəz dövlətində saxlanılan milyardlarla dollarlıq İran aktivlərini dondurmağı nəzərdən keçirir",-nəşr iddia edib.Məlumatına görə, bu addım Tehranın ən vacib iqtisadi arteriyalarından birini kəsə və onun qlobal ticarət şəbəkələrinə çıxışını məhdudlaşdıra bilər. Bundan əlavə, bu, müharibədən onsuz da viran qalan İranın daxili iqtisadiyyatına təsir göstərəcək.Qeyd edək ki, BƏƏ həmçinin İranın raket və pilotsuz təyyarə hücumlarına cavab olaraq ona qarşı hərbi əməliyyatlar aparmağı nəzərdən keçirir.İlahə QənbərliMissiya.Az