AZ

Sumqayıtda arvadını öldürüb qaçan şəxsi polis saxlayıb

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün səhər saatlarında Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, yevlax rayon sakini, 1977-ci il təvəllüdlü İsmayıl Ramazanov aralarında yaranmış münaqişə zəminində arvadı, 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadəyə bıçaq xəsarətləri yetirib.

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerindən qaçan İ.Ramazanovu polis əməkdaşları tutaraq istintaqa təhvil veriblər.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
99
12
apa.az

10Mənbələr