AZ

Biz Cənubi Qafqazda uzunmüddətli sülhə nail ola bilərik - Yusif Adundzadə "Tofiq Abbasovla dialoq" verilişində (FOTO/VİDEO)

Bakı. Trend:

"Baku Network" platformasında “Tofiq Abbasovla dialoq” analitikvideolayihəsinin mədəniyyət, tarix və dövlətçilik məsələlərinə həsrolunmuş növbəti buraxılışı yayımlanıb.

Trend xəbər verirki, proqramın qonağı Azərbaycanın xalq artisti, general-mayorÜzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kafedra müdiri,Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Orkestr Xidmətinin keçmişrəisi Yusif Axundzadə olub.

Söhbət zamanı o, yaradıcılıq və hərbi fəaliyyəti, müstəqillikəldə edildikdən sonra ölkədə hərbi orkestrlərin formalaşması,həmçinin musiqinin dövlət protokolunda və milli yaddaşdakı rolubarədə ətraflı danışıb.

Regiondakı siyasi vəziyyətə toxunan Yusif Axundzadə CənubiQafqazda uzunmüddətli sülhün mümkünlüyünə əminliyini ifadəedib.

“Mən həmişə irəlidə yalnız yaxşı şeylər görməyə çalışıram. Hərkəs öz işini vicdanla yerinə yetirsə, biz artıq sülh şəraitində dəhəqiqi, uzunmüddətli qələbə əldə edə bilərik”,- deyə o qeydedib.

Veriliş zamanı o, həmçinin Ümummilli Lider Heydər Əliyev iləgörüşləri ilə bağlı xatirələrini bölüşüb və Cəmşid Naxçıvanskiadına Hərbi Liseydə hərbi orkestrin yaradılmasından danışıb.

“1993-cü ildə Heydər Əliyevin Azərbaycana qayıdacağı məlumolanda mən müdafiə nazirinə dedim ki, təcili olaraq liseydə hərbiorkestr yaratmaq lazımdır. Çünki o, mütləq ora gedəcək”, – deyəAxundzadə bildirib.

Onun sözlərinə görə, sonradan liseyin orkestri həqiqətən dəHeydər Əliyevi səfəri zamanı qarşılayıb.

“Mən bunu ona deyəndə o, mənə "çox sağol" dedi”, – deyə YusifAxundzadə əlavə edib.

Verilişin tam videoyazısını təqdim edirik:

Biz
Biz
Biz
Məqalədə:
Seçilən
132
2
az.trend.az

3Mənbələr