AZ

Yerdə Mars planetinə oxşar ərazi aşkar ediblər

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Çilinin şimalında yerləşən, dünyanın ən quraqlıq ərazisi hesab olunan qeyri-qütb səhrası Atakama mütəxəssislər üçün həm də NASA-nın Mars aparatlarını sınaqdan keçirdiyi böyük sahə kimi yadda qalıb. Lakin uzun illərdən sonra aparılan yeni elmi araşdırmalar bu səhranın mərkəzində həyatın mövcud ola biləcəyini göstərib.

Reyting.az xəbər verir ki, Köln Universiteti tədqiqatçılarının "Nature Communications" jurnalında dərc etdirdikləri elmi məqaləyə görə, əslində, bu səhralıq çoxlarının düşündüyü kimi "cansız" deyil, əksinə, Atakamanın torpağı müxtəlif canlılarla zəngindir.

Tədqiqatçılar bu böyük səhranın altı fərqli nöqtəsindən təxminən 500 qramlıq torpaq nümunələri götürüblər. Alimlər müəyyən ediblər ki, bu yerlər eyni zamanda rütubət, ultrabənövşəyi şüalanma, duzluluq və bitki örtüyünə görə fərqlidir. Quraq səhranı qum təpələri, dağlıq ərazilər, duzlu göllər, çay vadiləri və dumanlı oazisləri əhatə edir ki, bu da, Atakamanın təbiətinin çox fərqli olduğunu sübuta yetirir.

Analizlər nəticəsində torpaqda nematodlar adlı mikroskopik canlıların icmaları aşkara çıxarılıb. Alimlərin fikrincə, bu orqanizmlər çox dözümlüdür və dərin okeanlarda, Antarktidada, o cümlədən yer qatının kilometrlərlə dərinliyində belə tam inkişaf etməklə, yaşaya bilir.

Aparılan son elmi araşdırmaların nəticələri göstərib ki, hətta ən ekstremal şəraitdə belə, Marsda olduğu kimi sabit torpaq ekosistemləri mövcud ola bilər.

Oqtay QORÇU

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
121
reyting.az

1Mənbələr