AZ

İranı vururlar, “Traktor”un taleyi necə olacaq?

Məlum olduğu kimi, fevralın 28-dən ABŞ – İsrail koalisiyası İrana hücuma başlayıb, ölkənin bütün böyük şəhərləri bombalanır, ali dini lider Seyid Əli Xameneyi də öldürülüb.

Bəs qonşu ölkənin futbol həyatında vəziyyət necədi? Fevralın 26-27-də 23-cü turun 5 oyunu keçirilib, qalan 3 oyun isə ertəsi keçirilməliydi. Son çempion “Traktor” məcburi fasilə ərəfəsindəki son oyunda iddialılardan “Gol Qohar”ı 1:0 hesabıyla məğlub edib. Hazırda 39 xala malik olan təbrizlilər lider “Esteqlal”dan 2 xal geri qalır.

Qonşu ölkədə martın 6-7-də keçirilməli olan oyunlar təxirə salınıb. Əslində bu gün İran qətiyyən futbol hayında deyil, bəlkə də mövcudluq savaşı aparır. Xeyirlisi!

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
57
1
football-plus.az

2Mənbələr