AZ

İranın Azərbaycana hücumu Cənubi Qafqazda sülhə təhlükədir

Yazını böyüt
Yazını kiçilt

İranın martın 5-də Azərbaycanın ayrılmaz parçası olan Naxçıvana dron hücumu  dost Latviya ictimaiyyətində narazılıq yaradıb. Latviyanın ölkəmizdəki keçmiş müvəqqəti işlər vəkili, əziz dostumuz Viya Buşa La.lv saytında “İranın Azərbaycana hücumu Cənubi Qafqazda sülhə və Tramp dəhlizinə təhlükədir” başlıqlı məqaləsi dərc olunub.

Hafta.az-ın yazdığına görə, müəllif məqalədə qeyd edir ki, martın 5-də Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında partlayışlar baş verib.

“İki pilotsuz təyyarə zərbəsi Naxçıvan hava limanına, həmçinin Şəkərabad kəndində mülki infrastruktura ziyan vurub. Dron hücumu İran ərazisindən həyata keçirilib və Azərbaycan buna görə İranı günahlandırıb, dərhal İran səfirini çağıraraq izahat tələb edib. İrana beynəlxalq hüququ pozmamağa və regionda əlavə gərginlik yaratmamağa çağırılır. İran isə Azərbaycan ərazisinə hücum etdiyini inkar edir”, - məqalədə qeyd olunur.

V.Buşa yazır ki, Azərbaycan hadisəyə cəld və kəskin reaksiya verib, hücumu cavabsız buraxmayacağına söz verib. Prezident İlham Əliyev Azərbaycan ordusunun istənilən cavab addımları atmağa hazır olduğunu bəyan edib.

“Bu o deməkdir ki, İran münaqişəsinin sərhədlərini genişlənir, eyni zamanda Cənubi Qafqazda kövrək sülhü təhdid edir, burada əsas elementlərdən biri olan Ermənistan ərazisindən keçməklə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına planlaşdırılan Tramp Tranzit Dəhlizinin (TRİPP və ya Tramp marşrutu) olmasıdır. Baş verən pilotsuz təyyarə zərbəsini investisiyalar və sahibkarlar vasitəsilə tranzit dəhlizinin yaradılması ilə məşğul olacağına söz verən ABŞ və prezident Trampa İranın növbəti cavabı kimi qiymətləndirmək olar. Bu yaxınlarda, fevralın 10-da ABŞ-ın vitse-prezidenti Vens Azərbaycanla strateji tərəfdaşlıq sazişi (xartiyası) imzalamaq və Tramp dəhlizinin yaradılması prosesini müzakirə etmək üçün Bakıya gəlib. Vens iqtisadi əməkdaşlıq haqqında razılığa gəlmək, həmçinin hərbi sahədə əməkdaşlığı müzakirə etmək üçün Ermənistana da səfər edib. ABŞ təsdiq edib ki, onun strateji maraqları Cənubi Qafqazda sabitlik və təhlükəsizlikdir”, - xanım Buşa qeyd edib.

Nəqalədə xatırladılır ki, Özbəkistan da hadisələrin inkişafından narahatlığını bildirib, xarici işlər naziri B.Saidov azərbaycanlı həmkarı C.Bayramovla telefon danışığında Azərbaycana dəstəyini ifadə edib.

Viya Buşa məqalənin sonunda yazır: “Bu da öz növbəsində Cənubi Qafqazda baş verənlərdən Mərkəzi Asiya ölkələrinin də narahat olması deməkdir. Türkiyə və təbii ki, İsrail də Azərbaycana dəstəyini ifadə edərək, İranın bu hücumla dayanmayacağını bəyan edib. Xatırladaq ki, İsrailin Azərbaycanla yaxın dostluq münasibətləri, o cümlədən hərbi sahədə əməkdaşlığı var. İran üçün bu, hazırkı münaqişədə Azərbaycanı hədəfə almaq üçün əlavə səbəbdir”.

Seçilən
66
1
hafta.az

2Mənbələr