AZ

Güzəştli ipoteka da bir neçə saniyəyə bitdi

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Güzəştli ipoteka kreditləri üzrə növbəti seçim mərhələsi keçirilib.

Milli.Az xəbər verir ki, seçim prosesi bu gün saat 11:00-da başlayıb.

Redaksiyamıza müraciət edən vətəndaşlar seçim prosesindən narazı qaldıqlarını bildirirlər. Onların sözlərinə görə, limitlər 30 saniyə keçməmiş bitib. Vətəndaşlar bildirirlər ki, limitlərin bu qədər qısa müddətdə tükənməsi qeyri-mümkündür.

Qeyd edək ki, oxşar hal dünən də yaşanıb. Belə ki, vətəndaşlar bildiriblər ki, adi ipoteka kreditləri üzrə limitlər təxminən 1 dəqiqə ərzində bitib və bu zaman sistemdə də problemlər yaranıb.

Nəzərə çatdıraq ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı il ərzində ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılır.

Adi ipoteka kreditləri üzrə vətəndaşlardan müraciətlərin qəbulu 05.03.2026-cı il tarixində, güzəştli ipoteka kreditləri üzrə isə 06.03.2026-cı il tarixində həyata keçirilib.

Mina Mikayılova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
88
5
news.milli.az

6Mənbələr