ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Yaxın Şərqdə artıq altıncı gündür davam edən hərbi əməliyyatlar çinli tarixçi və təhsil işçisi Cianq Xueqinin iki il əvvəl səsləndirdiyi iddiaları yenidən gündəmə gətirib. "Çinin Nostradamusu" adlandırılan Xueqin hələ 2024-cü ildə keçdiyi mühazirələrdə Donald Trampın yenidən prezident seçiləcəyini və İranla müharibənin başlayacağını qabaqcadan xəbər vermişdi.Demokrat.az xəbər verir ki, hazırda bu iki proqnozun reallaşması diqqətləri ekspertin üçüncü və ən sarsıdıcı iddiasına yönəldib. Belə ki, Xueqin bu qarşıdurmanın ABŞ-nin ağır məğlubiyyəti ilə başa çatacağını israrla qeyd edir.Fevralın 28-də İsrailin başlatdığı hücumlarla ABŞ və İran arasında birbaşa hərbi toqquşma ehtimalı rəsmən reallığa çevrilib. Çinli tarixçi hesab edir ki, İranın dağlıq coğrafiyası və geniş əraziləri böyük ordular üçün ciddi tələdir. O, bu vəziyyəti qədim Yunanıstandakı uğursuz Siciliya səfəri ilə müqayisə edir. Xueqinin fikrincə, ABŞ əsgərləri belə savaşda qələbə qazanmaq əvəzinə girov vəziyyətinə düşə bilər.Tarixçi İranın tam nəzarətə götürülməsi üçün 3-4 milyon hərbçinin lazım olduğunu bildirir. Bu rəqəm isə ABŞ-nin mövcud hərbi imkanlarından qat-qat çoxdur.Məsələnin iqtisadi tərəfi də kifayət qədər gərgin görünür. Ekspert qeyd edir ki, Hörmüz boğazının bağlanması qlobal enerji ticarətini iflic edə bilər. Digər tərəfdən, Çinin əlindəki ABŞ istiqrazlarını satışa çıxarması Vaşinqtonu dərin borc böhranı və daxili iğtişaşlarla üz-üzə qoya bilər.Yale Universitetinin məzunu olan Cianq Xueqin öz proqnozlarını mistik güclərə deyil, oyun nəzəriyyəsi və tarixi qanunauyğunluqlara əsaslandırır. O, "Predictive History" adlı platformada geosiyasi ssenariləri elmi metodlarla analiz edir.İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.