AZ

“500-1000 kilometr və ya daha uzun məsafəyə malik silahlar Ukraynada hazırlanıb” - Zelenski

Ukrayna Silahlı Qüvvələrinin 500-1000 kilometr və ya daha uzun məsafəyə zərbələr endirmək üçün mövcud olan bütün uzaqmənzilli imkanları Ukraynada hazırlanıb.

Herbiand.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski The Independent qəzetinə verdiyi müsahibədə bildirib.

Prezident tərəfdaşlardan aldıqları uzaqmənzilli yardımları da sadalayıb: “Biz Böyük Britaniyadan Storm Shadows alırıq və bu, kömək edir. Bu, çox yaxşı silahlardır. Biz həmçinin Fransadan SCALP alırıq və keçmişdə ABŞ-dan məhdud sayda ATACMS almışıq. Ancaq bu qədərdir”.

Zelenski qeyd edib ki, Ukrayna digər ölkələrdən 200 və ya 250 kilometrdən çox məsafəyə malik silahlar almayıb: “Heç vaxt. Bütün bu uzaqmənzilli imkanlar - 500-1000 kilometr və ya daha çox - Ukraynada hazırlanıb”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
1
herbiand.az

1Mənbələr