AZ

“İran İsrail ABŞ qarşıdurması uzana bilər”

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“İran İsrail və ABŞ müharibəsinin gedişi müəyyən zaman kəsiyində uzana bilər”.

Bu fikirləri Gununsesi.info – ya açıqlamasında deputat Elçin Mirzəbəyli deyib.

“Daha əvvəl də eyni bəyanatlar fonunda bir neçə gün davam edəcəyi bildirilən müharibələr uzunmüddətli proseslərə çevrilmişdi. Burada əsas məsələ İranın müqavimət göstərmək potensialının nə qədər olmasıdır. Faktiki olaraq, əsas vasitələr dron və raketlərdir. Bu silahlar həm Körfəz ölkələrinə, həm də ABŞ-ın hərbi bazalarının yerləşdiyi ərazilərə hücumlarda istifadə olunur”,-deyə deputat əlavə edib.

O qeyd edib ki, bu potensialın hüdudları barədə dəqiq fikir söyləmək çətindir.

“Nəticə etibarilə hazırda İsrail və ABŞ tərəfinin həyata keçirdiyi əməliyyatlarda İranın hava müdafiə sistemlərinin effektivliyinin məhdud olduğu görünür. Əgər hava məkanı tam nəzarət altına alınarsa, müəyyən zaman kəsiyindən sonra əməliyyatların müddəti daha qısa ola bilər. Lakin proses davam edərsə və quru əməliyyatlarına ehtiyac yaranarsa, müharibənin uzanması ehtimalı artar”.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
icma.az

1Mənbələr