Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, ABŞ və İsrailin hücumları başlayandan bəri 1332 mülki şəxs həyatını itirib...
Poliqon xəbər verir ki, İran Qızıl Aypara Cəmiyyəti ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlar nəticəsində mülki itkilərlə bağlı yeni statistika açıqlayıb.
Təşkilatın məlumatına görə, ABŞ və İsrailın həyata keçirdiyi hücumların başlanmasından indiyədək azı 1332 mülki şəxs həlak olub. Bildirilir ki, qurbanların əksəriyyəti yaşayış məntəqələrinə, infrastruktur obyektlərinə və şəhər ərazilərinə endirilən zərbələr nəticəsində həyatını itirib.
Qızıl Aypara Cəmiyyəti həmçinin minlərlə insanın müxtəlif dərəcəli xəsarətlər aldığını və xəstəxanalara yerləşdirildiyini bildirib. Yaralıların bir hissəsinin vəziyyətinin ağır olduğu qeyd olunur.
Məlumata görə, zərbələr nəticəsində çoxsaylı yaşayış binaları, sosial obyektlər və mülki infrastruktura ciddi ziyan dəyib. Humanitar qurumlar regionda tibbi yardım və xilasetmə əməliyyatlarının davam etdirildiyini bildirirlər.
Təşkilat beynəlxalq ictimaiyyəti mülki əhalinin qorunması üçün təcili tədbirlər görməyə çağırıb və humanitar vəziyyətin daha da ağırlaşa biləcəyi barədə xəbərdarlıq edib.
Poliqon.info