AZ

bp və Azərbaycan Deflimpiya Komitəsi Yerli Tərəfdaşlıq haqqında Saziş imzaladı

Bakı. Trend:

Bu gün bp və Azərbaycan Deflimpiya Komitəsi (ADK) arasında YerliTərəfdaşlıq haqqında Saziş imzalandı. Sazişə əsasən, bp şirkəti 31dekabr 2027-ci ilə qədər ADK-nin Azərbaycandakı rəsmi tərəfdaşıkimi fəaliyyət göstərəcək.

Trend bp-yəistinadən xəbər verir ki, bu saziş bp-nin milli idmanın inkişafınadəstək və Azərbaycanda daha inklüziv cəmiyyətin təşviqi öhdəliyindəyeni bir səhifə açır.

Sazişi Azərbaycan Respublikası Deflimpiya Komitəsinin İdarəheyətinin sədri Anar Bayramov və bp-nin Xəzər regionu üzrəvitse-prezidenti Bəxtiyar Aslanbəyli imzaladılar.

Deflimpiya Komitəsinin İdarə heyətinin sədri Anar Bayramov:

"Ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının qorunması və bukateqoriyaya aid olan şəxslərə çoxşaxəli sosial dəstəyingöstərilməsi aparılan siyasətin prioritet istiqamətlərindəndir.Deflimpiya hərəkatının dəstəyi bu istiqamətdə görülən işlərdəndir.Deflimpiya hərəkatı eşitmə məhdudiyyətli şəxslərin yalnız idmanacəlb edilməsi deyil. Bu, cəmiyyətə inteqrasiyanın, bərabərimkanların və insan ləyaqətinin təşviqidir, eşitmə məhdudiyyətlişəxslərin özünəinamın bərpası və həyat keyfiyyətinin yüksəlməsidir.Ölkədə inklüziv yanaşmanın gücləndirilməsi məqsədilə dövlətqurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarınındaaktivləşməsi mütləq şərtdir. Və bu gün korporativ sosial məsuliyyətsahəsində əməlləri ilə tanınan bp şirkəti ilə təməli qoyulanəməkdaşlıq bir daha göstərir ki, dövlət, vətəndaş cəmiyyəti və özəlsektor birlikdə olduqda, sosial dəyişikliklər real nəticələrverir".

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti BəxtiyarAslanbəyli:

"ADK-nın rəsmi tərəfdaşı olmaqdan çox məmnunuq. Bu yeni sazişinəsasında Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri iləonilliklərdir davam edən tərəfdaşlığımız durur. Bu tərəfdaşlıqsayəsində hər iki təşkilata milli idmanın, komandaların vəidmançıların inkişafına dəstək vermişik. Bu yeni tərəfdaşlıq isədaha da geniş sosial missiya daşıyır, çünki idmanı təbliğ etməkləyanaşı, eşitmə məhdudiyyətli şəxslər üçün idmanı inkişaf etdirməkvə eşitmə qüsurlu idmançıları dəstəkləmək imkanları yaratmaqlainklüziv cəmiyyəti təşviq edir. Bu gün bu sazişi imzalamaqla, bütünşəxslər və icmalar üçün bərabər imkanların yaradılmasında ölkənidəstəkləmək öhdəliyimizi bir daha təsdiqləyirik. ADK ilə rəsmitərəfdaş kimi sıx əməkdaşlıq edərək qarşıdakı illərdə bu təşkilatınöz vacib missiyasını irəli aparmasına dəstək verəcəyik".

Məqalədə:
Seçilən
126
2
az.trend.az

3Mənbələr