AZ

Müharibə barədə ən pis ssenari

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

"İranda baş verən müharibə sürətlə yayılır. 

Konfliktin ilk 48 saatında ABŞ və İsrail İrana minlərlə bomba ataraq ölkənin ali rəhbəri, Ayətullah Əli Xameneyini öldürüb. Cavab olaraq İran doqquz ölkəyə yüzlərlə ballistik raket və dron göndərib". 

"Cebheinfo.az" xəbər verir ki, bunu  "The Economist" yazıb.

Martın 2-də ABŞ-nin Quru Qoşunları Baş Qərargahları Birgə Komitəsinin sədri general Den Keyn müharibə məqsədlərinə çatmağın “zamana” ehtiyac duyacağını bildirib. ABŞ müdafiə naziri Pit Heqset isə məqsədlərin əsasən İranın raket qüvvələrinin prizmasından müəyyənləşdirildiyini, rejim dəyişikliyinin əsas prioritet olmadığını açıqlayıb: 

"İndi isə mühüm sual budur ki, müharibə daha hansı səviyyəyə qədər eskalasiya edə bilər?

İran kritik obyektləri hədəf ala bilər. Ərəb ölkələrindəki  stansiyalara hücum xüsusilə təhlükəlidir.Küveyt içməli suyun 90%-ni duzdan təmizləyicil stansiyalardan alır.

Omanda bu rəqəm 86%, Səudiyyə Ərəbistanı  70%, BƏƏ – 42% -dir.

2009-cu ildə ABŞ diplomatik sənədlərində göstərirdi ki, Cübail stansiyasına uğurlu hücum (həmin dövrdə Ər-Riyadın 90%-lik su tədarükünü təmin edən obyekt-red.)  paytaxtın bir həftə ərzində boşaldılmasına səbəb ola bilərdi. Səudiyyə Ərəbistanı o vaxtdan etibarən güclərini artırıb, amma stansiyalar hələ də raket hücumlarına həssasdır.

İran, həmçinin Hörmüz boğazını minalamağa cəhd edə bilər. Onun donanması ABŞ hava hücumlarından ciddi zərər görsə də, bu istisna deyil. Xaricdə terror hücumları və kiberhücumlar da mümkündür. 

2012-ci ildə Səudiyyədə "Aramco" və Qətərdə "RasGas" obyektlərinə edilən hücumlar buna nümunədir. SEPAH -la əlaqəli “haktivist” qruplar artıq yeni  hücumlarla hədələyib. Sadə DDoS (xidmətin qarşısının alınması) hücumları infrastruktur obyektlərinə qarşı artıq qeydə alınıb".

O da bildirilir ki, İran qonşularını raketlərlə hədəf aldıqca, onların narazılığı artır və hava hücumundan müdafiə imkanları tükənir:

"Fevralın 28-də Səudiyyə Ərəbistanı “qonşulara hər cür dəstək göstərməyə hazır olduğunu”, Qətər isə “tam cavab hüququnu qoruduğunu” bəyan edib. İki gün sonra Qətər iki iranl Su-24 bombardmançısını vurub. ABŞ  Prezidenti Donald Tramp bildirib ki, bu ölkələr minimum iştirak etməyi planlaşdırır, amma indi iştirak tələb edirlər:

"Böyük Fars körfəzi ölkələri gələcək addımlar barədə yekdil mövqe tutmayıb. Onlar blok şəklində hərəkət etməyi üstün tuturlar. ABŞ-nin hava məkanından və aviabazalardan istifadə etməyə icazə vermək İran üzərində daha çox uçuş və daha çox hücum demək olardı. Lakin bu, hava məkanını daha sıx edərək “dost atəşi” riskini artırır. Martın 2-də Küveyt hava müdafiəsi üç ABŞ təyyarəsini vurub.

Bundan başqa, təyyarələr İranın ballistik raketlərinə yaxınlaşır, əvvəlki kimi Oman körfəzindəki təyyarədaşıyıcılar və ya İsraildəki Ovda, İordaniyada Muaffaq Salti kimi uzaq aerodromlardan uçuş etmir. 

Körfəz ölkələri yalnız kütləvi itkilər və ya böyük dağıntılar olduqda birbaşa döyüşə qoşula bilər. Bu halda da hərəkətlər dron və raketlər üzərində aktiv müdafiə kimi təqdim ediləcək".

Nəşr yazıb ki, Avropa da münaqişəyə cəlb olunur:

"İranın Əbu-Dabiyə hücumu fransız hərbi-dəniz bazasını vurub. Martın 1-də raketlərin Kipr istiqamətində uçuşundan sonra Böyük Britaniya Baş naziri sir Kit Starmer ABŞ-nin britaniyalı aviabazalardan istifadə etməsinə icazə verəcəyini açıqlayıb. 

O bildirib ki, təhdidi dayandırmağın yeganə yolu raketləri mənbədə məhv etməkdir. Avropa ölkələri isə əsasən müdafiə tədbirləri ilə kifayətlənəcək. Məsələn, Yunanıstan Kiprə iki F-16 və bir fregat göndərib.

Nəhayət, ABŞ və İsrail müharibəni özü də eskalasiya edə bilər. ABŞ artıq B2 bombardmançılarını İranın raket obyektlərinə qarşı istifadə edib. Tramp martın 2-də xəbərdarlıq edib: 

“Hələ onlara güclü zərbələr endirməmişik. Böyük dalğa qarşıdadır". ABŞ və ya İsrail Xameneyinin varislərinə qarşı “baş kəsmə” zərbələrini davam etdirə və İranın enerji infrastrukturunu hədəf ala bilər".

O da bildirilir ki, Yaxın Şərqdəki müharibələr çox vaxt bir neçə ölkəni əhatə edib: "1991-ci ildə ABŞ-nin başçılıq etdiyi koalisiya 34 ölkəni əhatə edirdi. XX əsrdə ərəb-İsrail münaqişələri və 2010-cu illərdə Suriya vətəndaş müharibəsi beynəlxalq xarakter daşıyırdı. Lakin son üç gündə regionda bombaların və raketlərin bu qədər geniş məsafəyə çatmadı və sayı misligörünməmiş hadisədir". 

Xəzər 

"Cebheinfo.az"

Açar sözlər:

Müharibə ssenari

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
1
cebheinfo.az

2Mənbələr