AZ

Köç etdiyi yer könüllər oldu – şəhid Məhəmməd Quluzadə...



Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan44 günlük haqq savaşımızda 30 il düşmənə əsir düşən Qarabağımızınazadlığı uğrunda alovlanandöyüşlərdəsondamla qanına qədərvuruşub şəhidlik zirvəsinə ucalanqəhrəman Vətən sevdalısı Məhəmməd Cəlal oğlu Quluzadə7 avqust 1999-cu ildə Biləsuvarın Bəydilli kəndində dünyaya göz açıb. Məhəmməd qısa bir ömür yaşadı.Vətən, torpaq uğrundacanını fəda etməklə şərəfliölümü isə əsl qəhrəmanlıqməktəbi oldu.

Köksündəsevdalı bir ürək döyünən Məhəmmədorta məktəbi başa vurub müstəqil həyata qədəm qoyandadüşmən tapdağında olan Qarabağımızın taleyini daha çox düşünüb. Elə ən böyük arzusu da birinci növbədəVətən torpaqlarını erməni işğalında azad görməsi olub.Məhz buna görə də ordu sıralarına həvəslə gedib. Əsgəri xidmətinə cəbhə bölgəsində başlayan Məhəmmədəldə silah ləyaqətlə Vətən torpaqlarınınkeşiyində durub vəonu göz bəbəyi kimi düşmən qüvvələrindən qoruyub. Olduqca mərd, cəsur , ağıllı əsgərbir qayda olaraqüzərinə düşən vəzifələribacarıqla, layiqincəyerinə yetirib. Həmçinin mübarizə meydanında yağıya qalib gəlmək üçünvacib təlim - məşqlərəhəvəslə qatılıb, çətin sınaqlardan uğurla çıxmaqla hərbi biliklərə lazımi səviyyədə yiyələnib. Beləcə, nümunəvi xidməti ilə zabitlərin, əsgərlərinsevgisini qazanan Məhəmməd 2019-cu ildəhərbidən tərxis olunaraq üzüağ evinə qayıdıb.

Məhəmməd Vətənin dar günündə evdə heç cürrahatlıq tapa bilməyib. Xəyalı gecə-gündüz döyüş bölgələrində olub və yağıdan qisas almaqdan ötrü məqam gözləyib.Bu məqsədlə 2020-ci ilin ortalarındakönüllü şəkildə ordu sıralarına qayıdıb və Tərtər rayonunda yerləşən hərbi hissədəmüddətdən artıq xidmət edən hərbi qulluqçu olub. 27 sentyabr 2020-ci ildə çoxdangözlədiyi gün gəlib çatıb. Belə ki, həmin gün erməni işğalçılarının təxribatı nəticəsində Qarabağın azadlığı uğrunda müharibə başlanıb. İgidlik, rəşadət, şücaət qanında-iliyində olan Məhəmməderməni işğalçılarına qarşı nifrətlə, ölümün gözünə dik baxa-baxa döyüşə girib. Öndə cəsarətləvuruşmaqla dığalara ciddi itkilər verib,onların çoxlu məkrliplanlarını alt-üst edib. Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedənölüm-dirim savaşındaisəxüsusi qəhrəmanlıq göstərib. Verilən bütün tapşırıqları cəsarətlə yerinə yetirib, sözün əsl mənasında erməni dığalarına qan qusdurub. Təəssüf ki,elə burada düşmən gülləsinə tuş gələrəkarzularla, istəklərlə dolub-daşan ürəyi əbədi dayanıb.Onun şəhidliyi Vətən sevgisinin hər şeydən uca olduğunubir dahanümayiş etdirib.

Göstərdiyi igidliyə görəölkə rəhbəri, Ali Baş Komandanİlham Əliyevin müvafiq sərəncamlarıəsasındaMəhəmmədCəlal oğlu Quluzadəölümündən sonra"Vətən uğrunda", Laçının, Suqovuşanın azadlığına görə medallarına layiq görülüb.

Bəli, Vətən, torpaq sevgisi Məhəmmədi şəhidlik zirvəsinə ucaltdı.Odur ki, o, torpağa gömülmədi, köç etdiyi yer könüllər oldu.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Seçilən
16
baki-xeber.com

1Mənbələr