Lakin münaqişə uzunmüddətli olmazsa və regionda sabitlik tez bərpa edilərsə, turizm sektoru adətən nisbətən qısa müddətdə bərpa olunur.
İran ilə İsrail arasında mümkün hərbi qarşıdurma aviabiletlərin qiymətlərinə bir neçə istiqamətdə təsir göstərə bilər. İlk növbədə, regionda təhlükəsizlik riskləri artdığı halda bəzi ölkələrin hava məkanı bağlana və ya məhdudlaşdırıla bilər. Bu isə aviaşirkətlərin uçuş marşrutlarını dəyişdirməsinə və daha uzun marşrutlardan istifadə etməsinə səbəb olur. Ekspert deyib ki, münaqişə ilə bağlı avia marşrutların uzanması yanacaq xərclərini artırır və nəticədə biletlərin qiyməti də bahalaşır. Eyni zamanda, risk faktoruna görə sığorta xərcləri də yüksəlir ki, bu da aviaşirkətlərin qiymət siyasətinə təsir edir. Bəzi istiqamətlərə turist tələbi azalarsa, həmin marşrutlarda uçuşların sayı azaldıla bilər. Bu halda bazarda təklif azalacağı üçün biletlərin qiymətində dalğalanma müşahidə olunacaq. Ümumilikdə, regionda hərbi gərginliyin artması qısa müddətdə aviabiletlərin qiymətlərində artım və uçuş qrafiklərində dəyişikliklər qaçılmazdır.