AZ

Ağ Evdə Tramp üçün ayin keçirildi

ain.az, Cebheinfo saytına istinadən bildirir.

ABŞ, İsrail və İran arasında davam edən müharibənin 7-ci günündə Ağ Evdən diqqətçəkən görüntülər yayılıb.

"Cebheinfo.az" xəbər verir ki, Evangelist pastorlar Oval Ofisdə ABŞ Prezidenti Donald Trampın ətrafına toplaşaraq, ona toxunub dua ediblər.

ABŞ və İsrailin İrana yönəlmiş hücumları ilə başlayan və Yaxın Şərqdə gərginliyi artıran qarşıdurmalar davam edərkən, Ağ Evdən maraqlı görüntülər gəlib.

ABŞ, İsrail və İran arasında gərginləşən müharibənin yeddinci günündə döyüşlər davam edərkən, Ağ Evdəki Oval Ofisdə diqqətçəkən bu görüş baş tutub. ABŞ Prezidenti Donald Tramp ölkənin müxtəlif bölgələrindən gələn evangelist pastorları və dini liderləri qəbul edib.

Paylaşılan görüntülərdə toplantı zamanı keşişlərin gözlərini yumaraq Trampa toxunduğu və ABŞ prezidenti üçün dua etdiyi diqqət çəkib. Dua zamanı Trampın vəzifə kreslosunda oturduğu görülüb.

Sözügedən görüntü Ağ Ev rəhbərinin köməkçisi Dan Skavino tərəfindən sosial mediada paylaşılıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
cebheinfo.az

2Mənbələr