AZ

Ramin Məmmədov İğdır valisi ilə azərbaycanlıların dini etiqad azadlığını müzakirə edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Türkiyəyə səfəri çərçivəsində İğdır valisi Mustafa Fırat Taşolarla burada yaşayan azərbaycanlıların dini etiqad azadlığının təmin olunmasını müzakirə edib.

Bu barədə "Far.Az"a qurumdan məlumat verilib.

Görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin regionda əməkdaşlığın möhkəmlənməsinə və xalqlar arasında qarşılıqlı etimadın güclənməsinə mühüm töhfə verdiyi qeyd olunub. Bildirilib ki, müxtəlif sahələrdə həyata keçirilən birgə təşəbbüslər əlaqələrin daha da inkişafına yeni imkanlar yaradır.

Söhbət zamanı İğdır vilayətində yaşayan azərbaycanlıların dini etiqad azadlığının təmin edilməsi, yerli ictimai-mədəni mühitdə rolu barədə fikir mübadiləsi aparılıb. Ramazan ayı münasibətilə təşkil olunan tədbirlərin insanlar arasında ünsiyyətin genişlənməsinə, qarşılıqlı hörmət və mənəvi həmrəyliyin möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək inkişaf istiqamətləri müzakirə olunub.

Seçilən
82
2
far.az

3Mənbələr