Martın 5-də baş verənlər bir həqiqəti təsdiqləyir. Bu müharibə artıq sadəcə İranla ABŞ arasında deyil, bütün regionun enerji infrastrukturunu, dəniz ticarət yollarını və geosiyasi balansını yenidən formalaşdıran qlobal böhrandır.
Newscenter.az xəbər verir ki, bunları politoloq Rüstəm Tağızadə deyib. O bildirib ki, Hürmüz bağlıdır, İraq nefti azalır, Körfəz ölkələri vurulur:
"Enerji qiymətlərindəki artım və sığorta böhranı isə bu müharibənin iqtisadi nəticələrinin daha uzun müddət hiss olunacağını göstərir".
Politoloq qeyd edib ki, müharibə artıq klassik hərbi toqquşmadan çıxıb:
"İranın "ahtapot" strategiyası işləyir. ABŞ-ın Körfəzdəki hərbi varlığı gündəlik PUA və raket hücumları ilə yorulur, İsrail şimal sərhədində Hizbullah təzyiqi altındadır, enerji infrastrukturu isə sistemli şəkildə hədəfə alınır".
Anar