AZ

Avropa klubları “Qarabağ”ın hücumçusunu izləyir – Təklif göndərilib

“Qarabağ”ın hücumçusu Emmanuel Addai Avropa klublarının diqqət mərkəzinə düşüb.

İdmanxeber.az-ın “Footballİnsider” nəşrinə istinadən verdiyi məlumata görə, bir neçə Böyük Britaniya klubu 24 yaşlı futbolçunu yayda azad agent kimi heyətinə qatmaq istəyir. Bildirilir ki, Addainin “Qarabağ”la müqaviləsi mövsümün sonunda başa çatacaq və o, maraqlı tərəflərlə ön müqavilə imzalaya bilər.

Qeyd olunur ki, qış transfer pəncərəsində Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu futbolçu üçün təklif göndərsə də, bu təklif rədd edilib.

Buna baxmayaraq, Bundesliqa təmsilçisi oyunçu ilə maraqlanmağa davam edir. İtaliyanın “Napoli” klubu da qanalı vingeri izləyən komandalar arasındadır. 

 

Seçilən
110
idmanxeber.az

1Mənbələr