Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində yüzlərlə uşaq həyatını itirib.
UNICEF-in məlumatına görə, son hücumlar zamanı ümumilikdə 192 uşaq həlak olub. Ölən uşaqlardan 181-i İranda, 7-si Livanda, 3-ü İsraildə, 1-i isə Küveytdə qeydə alınıb.
BMT-nin Uşaq Fondu bildirib ki, müharibələrə uşaqlar səbəb olmasa da, onların ən ağır nəticələrini məhz uşaqlar yaşayır. Təşkilatın açıqlamasında qeyd olunub ki, Yaxın Şərqdə artan hərbi gərginlik artıq uşaqlara ciddi və dağıdıcı təsir göstərir.
Məlumata görə, hücumların ilk günü İranın cənubunda yerləşən Minab şəhərində qızlar məktəbinə zərbə endirilib. Hadisə nəticəsində ən azı 165 məktəbli qızın həlak olduğu bildirilir.
"AzPolitika.info"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.