ABŞ-nin İrana qarşı müharibəsinin ilk 100 saatı Vaşinqtona təxminən 3,7 milyard dollara başa gəlib.
Far.Az xəbər verir ki, bu barədə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) məlumat yayıb.
Hesabata görə, bu məbləğ gündəlik hesabla təxminən 891,4 milyon dollar xərclə deməkdir.
ABŞ prezidenti Donald Tramp və müdafiə naziri Pete Hegseth müharibənin həftələrlə davam edə biləcəyini istisna etmədiklərini bildiriblər.
Analitiklər bildirirlər ki, hava əməliyyatlarının başlanğıc mərhələsi adətən daha bahalı olur. Bunun səbəbi ilkin mərhələdə daha mürəkkəb və yüksək texnologiyalı silahların istifadə edilməsidir. Zaman keçdikcə isə ABŞ daha ucuz sursatlara keçdiyi üçün xərclərin müəyyən qədər azalacağı gözlənilir.