
Joan Laporta yenidən prezident seçilməsə, “Barselona”nın baş məşqçisi Hans-Dieter Flik klubdan ayrıla bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq “X” sosial şəbəkə səhifəsində bildirib.
Onun sözlərinə görə, almaniyalı mütəxəssis “Barselona” ilə müqaviləsini uzatmaqda maraqlıdır.
“Flik şəhəri, klubu və azarkeşləri çox sevir. Bununla belə, məşqçi gələcəyini Joan Laportanın Kataloniya klubundakı mövqeyi ilə əlaqələndirir və komandanın strategiyasını formalaşdırmaq üçün onunla birlikdə işləmək istəyir”, - Plettenberq qeyd edib.
Buna görə də, Plettenberq əgər Laportanın martın 15-də yenidən “Barselona”nın prezidenti seçilmədiyi təqdirdə, Flikin ya yayda, ya da 2027-ci ildə müqaviləsi bitəndə klubdan ayrıla biləcəyini bildirib.