AZ

Cəlaloğlu: İran müharibəsi illərlə uzana bilər

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

“Əgər qanunsuz kürd silahlı dəstələri İran ərazisinə daxil olarsa, bu, onu göstərəcək ki, ABŞ və İsrail həm də İranda vətəndaş qarşıdurması ssenarisi, separatizm və bu ölkəni parçalamaq kimi layihəni həyata keçirməyə başlayır”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu İranda baş verənləri şərh edərkən deyib.

S. Cəlaloğlu xatırladıb ki, bundan öncə həm Suriya, həm də İraqda Amerikanın apardığı əməliyyatlarda kürd separatizmi dəstəklənib.

Onun sözlərinə görə, bir qayda olaraq ABŞ-nın Yaxın Şərq siyasətində kürdlərdən istifadə etmək əsas yanaşmalardan biridir. “Hələ İranla müharibə başlamazdan əvvəl belə məlumat verilmişdi ki, kürd silahlı dəstələri birləşib və elan ediblər ki, əgər müharibə olacaqsa, onun nəticəsində öz müstəqilliklərini elan edəcəklər. Eyni zamanda Bəluclar da bu məsələlərdə faktiki olaraq birləşib və Bəlucistanı azad etmək istəyirlər. Yəni faktiki olaraq indi İrana edilən hücumlar məqsədə çatmasa A və B variantları işə salınacaq. Variantlardan birində İranda separatizmi körükləmək, ikincisi, İranda vətəndaş müharibəsi yaratmaqdır. Çünki burada hakimiyyəti başqa formada dəyişmək mümkün deyil”,- deyə ADP sədri əlavə edib.

S. Cəlaloğlu bildirib ki, artıq müharibə bir həftədir davam edir və ABŞ-İsrail hücumları ilə İrandakı hakimiyyəti dəyişmək real görünmür:

“Burada bir məqamı qeyd edim. ABŞ və Avropa ilk etapda Ukraynaya dəstək verdi, Ukrayna Rusiya ilə müharibədə müqavimət göstərməyə və tab gətirməyə davam etdi və nəticə olaraq indi müharibə beçinci ilə keçib. Çin və Rusiyanın İrana dəstək verəcəyi təqdirdə bu müharibə də uzana və ikinci bir Ukrayna variantı meydana çıxa bilər. Başqa sözlə, ABŞ və Avropanın Ukraynada həyata keçirdiyi siyasəti Rusiya və Çinin İranda həyata keçirməsi mümkündür”.

Cəlaloğlu vurğulayıb ki, İranda kütlənin də aktivləşmə ehtimalı var: “Faktlar və tarix göstərir ki, həm İraq, həm də Suriyada əldə edə bilmədiklərini kürd faktorunu işə salmaqla əldə edirlər”.

Nemət ORUCOV

Reyting.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
reyting.az

1Mənbələr