AZ

Ötən ay Sosial Xidmətlər Agentliyinin müəssisələrinə 57 nəfər qəbul olunub

Bakı. Trend:

Bu ilin fevral ayı ərzində Agentliyin müəssisələrinə ümumilikdə57 nəfər qəbul olunub və benefisiarlar müxtəlif xidmətlərlə əhatəolunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial XidmətlərAgentliyindən bildirilib.

Qeyd edilib ki, onlardan 34 nəfəri kişi, 23 nəfəri isəqadındır.

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəSosial Xidmətlər Agentliyinin bütün ölkəni əhatə edən 13 filialı və21 müəssisəsi ilə həssas kateqoriyadan olan şəxslərə səyyar,stasionar və yarımstasionar formada xidmətlər göstərilir.

Agentliyin tabeliyində olan sosial xidmət müəssisələrivasitəsilə sosial xidmətə ehtiyacı olan şəxslər stasionar vəyarımstasionar şəkildə sosial-məişət, həmçinin sosial-psixoloji,tibbi-sosial, sosial-pedaqoji və sosial-hüquqi xidmətlərlə təminolunurlar.

Bu xidmətlərə əlilliyi olan şəxslər üçün sosial xidmətmüəssisələri, psixonevroloji sosial xidmət müəssisələri, Ahılşəxslər üçün sosial xidmət müəssisəsi, Əlilliyi olan şəxslərinPeşə-Əmək Reabilitasiyası Mərkəzi, İnsan Alveri Qurbanlarına YardımMərkəzi, uşaq evləri və s. müəssisələrdə göstərilən xidmətlərdaxildir.

Müəssisələrdə mütəmadi olaraq sosial reabilitasiya xidmətlərinintəkmilləşdirilməsi istiqamətində işlər görülür, xidmətlərə dairmüasir standartların və innovativ yanaşmanın tətbiq olunmasıməqsədilə müvafiq tədbirlər həyata keçirilir. Həmçinin sakinlərinasudə vaxtının səmərəli təşkili, onların cəmiyyətə sağlaminteqrasiyası daim diqqətdə saxlanır", - məlumatda bildirilib.

Seçilən
103
az.trend.az

1Mənbələr