AZ

"Cəmiyyətimizin İrana olan bağlılığını anlamıram"

 
"Neçə gündür cəmiyyətimizin İrana olan bu bağlılığını anlaya bilmirəm".

Musavat.com xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb.
 
O, fikirlərini belə davam etdirib:
 
"Şərhlərdə ağızlarına gələni yazırlar. Naxçıvana atılan raketlərin İsrailin provokasiyası olduğu, bizi müharibəyə çəkmək istədikləri və sair kimi iddialar irəli sürürlər. Əksini deyənləri isə imkanları olsa, boğarlar. Nə məsələdir? Bu adamlar kimdir? Niyə bu mövzuda özlərini həlak edirlər? Heç olmasa, Prezidentimizin çıxışına baxın. Xəbərləri oxuyun. Beyninizdə bir fantaziya qurmusunuz və həqiqəti görmək istəmirsiniz. Nə tez yadınızdan çıxdı olub-keçənlər? Zəngəzur dəhlizi məsələsində İranın münasibəti, erməniləri qorumaqları… Belə əməliyyatlar gizli olmur. Raketin tipi, istiqaməti, radar məlumatları, peyk görüntüləri olur. Bu cür şeylər gizli qala bilməz. Həm də bu qədər dövlət və kəşfiyyat xidmətləri varkən".
 
Könül
Musavat.com 
 
Seçilən
24
1
musavat.com

2Mənbələr