AZ

Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

Bakı. Trend:

Martın 6-da Pakistan İslam Respublikasının Baş naziri ŞahbazŞərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəngedib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan PrezidentininMətbuat xidməti məlumat yayıb.

Pakistanın Baş naziri İranın Azərbaycana qarşı hərbi hücumunu vəterror aktlarını qınadığını bildirib, bu çətin gündə Pakistandövləti və ordusunun Azərbaycan dövləti və ordusunun yanındaolduğunu qeyd edib, Azərbaycanın Pakistana hər zaman güvənəbiləcəyini deyib. Şahbaz Şərif Azərbaycan-Pakistan dostluğu vəqardaşlığının davam edəcəyini vurğulayıb.

Dövlətimizin başçısı göstərilən dəstəyə və həmrəyliyə görəminnətdarlığını bildirib. Prezident İlham Əliyev Azərbaycanınqardaş Pakistanın haqq işini hər zaman müdafiə edəcəyini deyib.Dövlətimizin başçısı qeyd edib ki, İran tərəfindən Azərbaycanaqarşı törədilmiş bu terrorun Pakistan tərəfindən şiddətləqınanılması Azərbaycan-Pakistan dostluğunu bir daha əksetdirir.

Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziriŞahbaz Şərif yaxşı və çətin günlərdə ölkələrimizin daim bir-birininyanında olduqlarını və istənilən qarşılıqlı dəstəyi verməyə hazırolduqlarını vurğulayıblar.

Seçilən
77
49
az.trend.az

10Mənbələr