AZ

İran dronları İraqda kürd müxalifətinin düşərgəsini VURDU

İran dronları İraqda kürd müxalifətinin düşərgəsinə zərbələr endirib.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi təhlükəsizlik xidmətindəki mənbələrinə istinadən məlumat yayıb.

İranın pilotsuz uçuş aparatları (PUA) İraq Kürdüstanı ərazisində yerləşən iranlı kürd müxalifət qruplaşmasının düşərgəsinə iki hava zərbəsi endirib.

Hadisə nəticəsində qruplaşmanın iki silahlı üzvünün yaralandığı bildirilir.

Məlumata görə, hücum hədəfə alınan düşərgədə maddi dağıntılara da səbəb olub.

Hazırda ərazidəki vəziyyət və gərginliklə bağlı əlavə araşdırmalar aparılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
116
interpress.az

1Mənbələr