Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən pilotsuz təyyarə hücumlarını qətiyyətlə pisləyirik.
Newscenter.az xəbər verir ki, bu fikirlər Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda əskini tapıb.
Bəyanatda qeyd edilib ki, bölgəmizdə müharibədə iştirak etməyən üçüncü ölkələri hədəf alan və münaqişənin yayılma riskini artıran bu cür hücumlar dərhal dayandırılmalıdır/:
"Gərginliyi daha da artıracaq hər hansı bir addımdan çəkinməyin vacibliyinə diqqət çəkirik.
Şimali Kipr Türk Respublikası həmişə olduğu kimi, dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək",-deyə bəyanatda vurğulanır.
Süleyman