ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrail İranla müharibədə ölən və yaralananların sayı barədə məlumat yayıb.Modern.az xəbər verir ki, İsrail mediasının məlumatına görə, hərbi əməliyyatlar başlayandan – 28 fevraldan bəri 502 nəfər xəstəxanaya yerləşdirilib. Raket düşməsi nəticəsində 138 nəfər yaralanıb, 10 nəfər isə ölüb.
2 nəfərin vəziyyəti ağır, 6 nəfərin vəziyyəti ortadır, 120 nəfər isə yüngül xəsarət alıb.
359 nəfər sığınacağa tələsərkən xəsarət alıb. Bir nəfər (102 yaşlı kişi) xəstəxanada ölüb, bir nəfər orta dərəcəli, 357 nəfər isə yüngül xəsarət alıb.
Daha 5 nəfər siren səsi zamanı baş verən yol-nəqliyyat hadisəsində xəsarət alıb.
Bundan əlavə, 68 yaşlı Marina Belyaeva siren səsinin yaratdığı infarktdan ölüb. İsrailin müharibədə ümumi itkiləri 12 nəfərdir və hamısı mülki şəxslərdir.
Bundan əlavə, 51 nəfər kəskin stress reaksiyaları səbəbindən müalicə olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.