AZ

İranın azacıq məsuliyyəti olsaydı regionun təhlükəsizliyinə təhdid yaratmazdı Hüquqşünas

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“İran dövlətini idarə edənlərin öz xalqı və bəşəriyyət qarşısında azacıq məsuliyyəti olsaydı, nə özü bu günə qalardı, nə də qonşularının və bütün regionun təhlükəsizliyinə təhdid yaratmazdı”.

Bu fikri 525.az-a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri , hüquqşünas Sahib Məmmədov deyib. O qeyd edib ki, dondurulmuş 200 milyard və sanksiyadan zərərə düşdüyü yüz milyardlarla pulun 10-15 faizini xərcləyib 10 AES tikib onun 50 illik nüvə yanacağı ehtiyatı ala bilərdi. Amma lüzumsuz dirəniş, böyük güclərə etinasızlıq axırda onu bu vəziyyətə saldı:

“Uzağa getmək lazım deyildi. Qonşu Azərbaycan suverenliyinə, müstəqil daxili və xarici siyasətinə azacıq da zərər vurmadan, amma beynəlxalq konyukturanı nəzərə almaqla istədiyinə nail olmuşdu. Uşaq inadı beynəlxalq münasibətlərdə yersizdir, özü də o zaman ki, beynəlxalq hüququ çöküb və onu "Gücün hüququ" əvəzləyib”.

Sevinc Qarayeva 

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
128
525.az

1Mənbələr